Azərbaycanda ikinci dəfə nikaha girən şəxslərin sayı artıb
Bunu AzVision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Komitə rəsmisinin sözlərinə görə, ölkəmizdə ikinci dəfə ailə qurbanlara qarşı münasibət əvvəl kimi deyil: "5-10 il əvvəl qadının ikinci dəfə ərə getməsinə pis baxılırdı. Xüsusilə uşaq olmayanda kişilər və qadınlar ikinci dəfə ailə qurmağa çalışırlar ki, nəsil artımı olsun".
E.Səfərov vurğulayıb ki, boşanan gənclərin ikinci dəfə nikaha girməsi halı 5-10 il əvvəlki göstəricidən qat-qat çoxdur: "Buna cəmiyyətdə yanaşma dəyişib. Əvvəlki kimi qınaq yoxdur. İkinci dəfə ailə quranlar əsasən 35 yaşa qədər olan şəxslərdir. 50 yaşdan yuxarı ikinci dəfə ailə quranların sayı nisbətən azdır. Lakin biz tərəfdarıyıq ki, tənha insanların sayı azalsın. Bunun üçün stimullaşdırıcı addımların atılmasını həyata keçiririk. Ailə strategiyasında stimullaşdırıcı addımlar nəzərdə tutulub".
Digər xəbərlər
loading...