Fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər
APA-nın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən “Dərman vasitələrinin topdansatışına dair tələblər”də əksini tapıb.
Dərman vasitələrinə olan tələb və təklifi öyrənmək, dərman vasitələrinin dövriyyəsinə aid olan xüsusi sənədləri tərtib etmək, dərman vasitələrinin və tibbi ləvazimatların keyfiyyətinə nəzarəti və hərəkəti haqqında hesabatı təşkil etmək, dövlət nəzarətində olan dərman qrupları ilə işləmək və qüvvədə olan normativ sənədlərin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün topdansatış müəssisəsinə kifayət sayda peşəkar əczaçılıq ixtisası olan mütəxəssislər cəlb olunmalıdırlar. Topdansatış müəssisəsinin fəaliyyəti ilə bağlı olan digər işlərin görülməsinə uyğun ixtisaslı və təhsilli mütəxəssislər buraxılırlar. Topdansatış müəssisələrində işləyən əczaçılar beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar. Topdansatış müəssisəsində keyfiyyətin idarə olunmasına məsul şəxs ayırmalıdır, keyfiyyətin idarə olunmasına məsul şəxsin əczaçılıq ixtisası üzrə təhsilinin olması arzuolunandır. Məsul şəxs müvafiq ixtisasa malik olmaqla yanaşı, həmçinin Etibarlı Distribüter Təcrübəsi (EDT) üzrə lazımi bilik və təcrübəyə malik olmalıdır. Müəssisədə işçi heyətdən düzgün istifadə olunmalı, şəxsi gigiyena və texniki təhlükəsizlik qaydaları üzrə onların hazırlığı və yenidən hazırlığı, eləcə də işə daxil olarkən dövri tibbi müayinələrin keçirilməsi təmin edilməlidir. Dərman vasitələri saxlanılan sahələrdə çalışanlar yerinə yetirdikləri işə uyğun olaraq xüsusi qoruyucu və ya iş geyimləri ilə təmin edilməlidirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...