2017-ci ildə Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib ki, ötən il əhali arasında 362 qida zəhərlənməsi halı baş verib, 565 nəfər zərər çəkib.
O bildirib ki, qida zəhərlənmələrindən 21-i botulizm hadisəsi olub, zərərçəkənlərin sayı 41 nəfər təşkil edib.
Z.Kazımovun sözlərinə görə, 2017-ci ildə 6 nəfər qida zəhərləməsi nəticəsində ölüb.
Şöbə müdiri ölüm hallarının səbəblərini də açıqlayıb. O qeyd edib ki, ölüm halları ev şəraitində hazırlanmış turşulardan baş verib.
MilliYol.Az
Digər xəbərlər
loading...