Rusiya Türkiyədə 15 iyulda çevriliş baş verəcəyi barədə məlumatlar əldə edib və hadisədən bir neçə saat öncə Türkiyə hakimiyyətinə xəbər verib.
MilliYol.Az Rusiya mətnuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin diplomatik dairələrindəki mənbə danışıb. Məlumata görə, rus kəşfiyyatı qiyamçıların prezident Rəcəb Tayyib Ərdoğanı həbs etmək və ya öldürmək üçün Marmarisdəki otelə vertolyot göndərəcəkləri barədə məlumatlar əldə edib.
İyulun 19-da Türkiyənin genelkurmay başqanı Hülusi Akar bəyan edib ki, baş verəcək çevriliş cəhdi barədə hadisədən bir neçə saat əvvəl Milli İstihparat Təşkilatı (MİT) tərəfindən məlumatlandırılıblar. Amma bu məlumatın türk kəşfiyyat qurumuna haradan daxil olduğu açıqlanmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...