Keyt Andersen Braun
“The New York Times”
İnauqurasiyasının ilk ildönümündə prezident Tramp demokratlarla kəskin toqquşmaya girdi, qadınların onun prezidentliyinə etiraz nümayişinə şahid oldu və bir porno ulduza qarşı cinsi qısnama iddiası ilə diqqəti özünə çəkdi. Həmin vaxt Melaniya Tramp andiçmə günü çəkilmiş fotoşəkilini “tweet” edərək yubileyi xatırlatdı. Əri heç yerdə gözə dəymədi və xanımı onun barəsində heç yerdə yazmadı. Bir neçə gün sonra nikahlarının 13-cü ildönümü ilə üst-üstə düşən Davos (İsveçrə) səfərində xanım Tramp Dünya İqtisadi Forumunda ərini müşayiət etmək planlarını ləğv etdi.
O, mütərəqqi olmaya bilər. Hətta apolitik. Bununla belə, xanım Tramp ərinə qarşı göstərməsi lazım olan köləlik bağlılığı gözləntilərindən yüksəyə qalxaraq, sələflərinin hər hansı birindən daha çox şey edə bilər.
Bunu etmək üçün onun səbəbləri, əlbəttə, demək olar ki, şəxsidir. Klintonlar istisna olmaqla, müasir tarixdə bundan mürəkkəb cütlük olmayıb: xanım Tramp cənab Trampın üçüncü arvadıdır. Həmin cənab Trampın ki, bir dəfə radio aparıcısı Hovard Sternə demişdi: oğlu Berron doğulandan sonra çəkisini itirmək üçün arvadına bir həftə vaxt verib.
2016-cı ilin kampaniyası əsnasında, 2005-ci ildə "Access Hollywood" adlı videoda cənab Trampın qadınları necə əllədiyini görərkən, xanım Tramp müdafiə etmə mövqeyi tutdu.
O vaxtdan bəri, bir növ, cənab Trapmın ictimai müdafiəçisi kimi bir şəxs və əslində, təmkinli sükuta qərq olub.
Birinci xanımlar (o cümlədən şübhəsiz ki, ilk növbədə, xanım Tramp), vəziyyətləri necə olursa-olsun, ərin sədaqətsizliyi və zülmünü qəbul etməli və çempionları olaraq qalmalıdır.
Lindon Consonun arvadı Ledi Börd demək ola bilər ki, onu ictimaiyyətin nəzərində göylərə qaldırır və əri onu daha gözəl qadınlarla müqayisə edirdi. Lakin 1964-cü ildə Demokratik Milli Konqres qarşısında mənfi mətbuat işıqlandırmasına görə kefi pozulduqda, könlünü alan məhz arvadı idi. Möhtərəm xanım Conson yazırdı: "Sevgilim. Sən Harri Trumen və ya Frenklin Delano Ruzvelt, yaxud Linkoln kimi cəsarətli insansan. Bütün ağrılar arasında müəyyən rahatlıq və müvəffəqiyyət tapa bilərsən. Güclü, səbirli, ifadə etdiyim istənilən sözdən daha qərarlı idin".
Xanım Trampın bu cür bir şeyi ərinə yazacağını təsəvvür etmək çətindir.
Birinci xanımların, adətən, ərlərindən heyranlıq duyduğu deyilir. Ronald Reyqanın ən böyük pərəstişkarı olan Nensi Reyqan "Mənim dönüşüm" adlı memuarlarında yazıb: "Ronald Reyqanla geri qayıtmaq istərdim. Əgər narahatlıq keçirirsə, bunu heç vaxt bilməyəcəkdisiniz. O, narahat olduqda, bunu gizli saxlayardı. Depressiya? Bu söz ona tanış deyil. O, həqiqətən, ümid bəxşedicidir".
Hillari Klinton prezidentliyə iddialı ilk birinci xanım idi, amma mütərəqqi və novator olsa belə, Ağ Evin şantajçısı Monika Levinski ilə əlaqəsini etiraf etdikdən sonra ərinin yanında durmağı qərara aldı. Öz ağrısını içində çəkərək və alçaldılmasına baxmayaraq.
Prezident Klinton məhkəmədə, andlı iclasçılar qarşısında ifadə verdikdən bir gün sonra xanım Klinton əri Bill və qızı Çelsi ilə birlikdə nümayişkaranə tərzdə Ağ Evin cənub çəmənliyindən keçib getdi.
Ər və arvad, valideynlərinin arasında duran və hər ikisinin əlini sıxan qızcığazını da götürərək “1№-li hava gəmisi”ndə “Marta” üzüm bağında illik yay tətilinə yollandılar.
Bu, prezidentə lazım olan fotoşəkil – tablo idi.
Bəlkə də, xanım Tramp bu insanlardan daha çox Mişel Obamaya oxşayır. Obamaların qarşılıqlı sevgisi açıq-aydın olsa da, xanım Obama ərinin şirin-şəkər arvadı rolunu oynamağı rədd edən, ondan heyranlıq duymaqdan imtina edən ilk qadın idi.
2007-ci ildə o, “Vanity Fair” dərgisinə demişdi: "Mən bunu edə bilmərəm. Bu, mənlik deyil. Mən ərimi sevirəm. Hesab edirəm ki, o, tanış olduğum ən parlaq kişilərdən biridir və bunu özü də bilir. Amma o, mükəmməl deyil və dünyanın onun mükəmməl olmasını düşünməsini istəmirəm".
Xanım Tramp (hər fürsətdə Vaşinqtondakı evinə qayıdan) Bess Trumendən bu yana ən istəksiz ilk birinci xanımdır. Onun işə qarşı aydın görünən antipatiyası bu qadının tənzimlənən qaydaları və ənənələri vecinə almaması ilə daha çox ifadə olunur.
Xanım Trampın bu sakit üsyankarlığı ərinin vəzifəyə gəlməsindən beş ay sonra Ağ Evə köçməmək qərarı ilə başladı.
Keçən il İsrail hava limanında ərinin ona uzatdığı əlini uzaqlaşdırmaqla yenidən diqqət mərkəzinə düşdü.
Tramp ailəsi Ağ Evdən çıxdıqda, xanım Tramp bu vəzifə dair baxışı ilə heç bir iş təsviri və ödənişi olmayan və sələflərinin əksəriyyətinin sahib olduğu arxaik mövqe haqqında fikirlərimizi dəyişdirmək üçün daha çox işlər görmüş ola bilər.
Donald Trampın, gözlədiyimiz kimi, xanımı ilə birlikdə Davosda yan-yana dayanması və vahid cəbhəni nümayiş etdirməsi faydalı olardımı?
Yüzdə-yüz.
O, arvadına görə narahatdırmı?
Yəqin ki, yox.
MilliYol.Az
Digər xəbərlər
loading...