Şəkidə yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərdən biri tutulub
Virtualaz.org Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Kiçik Dəhnə kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn iki maskalı şəxs oranın operator otağının pəncərəsini qıraraq pul tələb edib. Lakin müqavimətlə qarşılaşan həmin şəxslər qaçmağa məcbur olublar. Həyata keçirilən tədbirlər nəticəsində məntəqəyə basqın edən şəxslərdən biri, kənd sakini Tacir Mənəfli tutulub. Onun avtomobilinə baxış zamanı iki ədəd maska, bıçaq, yapışqanlı lent və geyim əşyaları aşkar edilərək götürülüb.
Hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirilir.
Faktla əlaqədar cinayət işi başlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...