Türkiyə Silhlı Qüvvələri (SQ) Suriyanın Mənbic şəhərində də əməliyyat keçirəcək
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Hazırda Mənbic şəhəri PYD və YPG terror təşkilatlarının nəzarəti altındadır.
Türkiyə Silahlı Qüvvələrindəki mənbə bundan əvvəl Trend-ə bildirmişdi ki, Türkiyə Suriyanın şimalında Mənbic şəhəri istiqamətində də cəbhə aça bilər: “Türkiyə Silahlı Qüvvələri “Azad Suriya Ordusu” ilə birgə Afrin bölgəsinin azad edilməsi üzrə hərbi əməliyyatları uğurla davam etdirir. Afrində görülən tədbirlər “Zeytun budağı” əməliyyatı ilə məhdudlaşmayacaq”.
Qeyd edək ki, ötən gün “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri ilk dəfə Suriyanın Mənbic şəhərinə aviazərbələr endirib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16″ təyyarələri də cəlb olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...