Bu dəfə əməkdar artist Lalə Məmmədova ilə prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb
Axşam.az-ın məlumatına görə, müğənninin əməkdar artist Röya Ayxanla bağlı dediyi Röya ilə İradə arasında olan anlaşılmazlığı öz aralarında araşdırmalı idilər. Bu işə prodüser, vizajist, saç ustası münasibət bildirdi. Hərəsi bir status yazmışdı. Biri Röyaya xoş gəlmək üçün onu müdafiə edirdi, digəri İradəni” sözlərini deyib.
Tolik L.Məmmədovanın bu fikirlərinə etirazını bildirib:
“Lalə Məmmədovanın xətrini çox istəyirəm və hörmət edirəm. Düşünürəm ki, ağıllı və bilikli xanımdır. Amma qonaq olduğu verilişdə Röya haqqında danışanda atmacalı sözü mənə də toxundu: “Prodüser Röyanın tərəfini saxladı”. Bəs sizcə, Lalə xanım, mən kimin tərəfində olmalıydım: Nə düşünürsünüz? Yoxsa adını çəkdiyiniz müğənnilər Röyanın etdiyinin 30 faizini edib? Röyaya xoş gəlməyə ehtiyac yoxdur, o əkizlər bürcüdür, süni insanları tanıyır . Vallah Lalə xanım, xalq çox şeyi bilməsə də, biz hər şeyi yaxşı bilirik. Heç kimin ətəyində namaz qılmaq fikrimiz yoxdur. Təki hamı Röya kimi səmimi və dürüst olsun. Nə edək, biz beləyik, kitab oxumamışıq, amma ürəkliyik və dost satmamışıq. Qohum-əqraba tərifiylə özümüzə təsəlli vermirik. İndi danışacam, amma məncə lazım deyil. Siz özünüz də bilirsiniz ki, hərdən bəziləri özlərini az qalırlar Məryəm ana ilə müqayisə etsinlər. Röya heç olmasa beş mahnı ilə yaddaşlarda qalmayacaq”.
Qeyd edək ki, L.Məmmədova bu sözləri “Show time” verilişində İradə İbrahimova ilə Röya Ayxan arasındakı qalmaqala münasibət bildirərkən deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...