Ukrayna Daxili İşlər Nazirliyinin narkotik cinayətkarlığı ilə mübarizə üzrə departamenrtinin rəhbəri İlya Kiva bəyan edib ki, Ali Radanın deputatlarının 25 faizi narkotikdən istifadə edir.
Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, onun sözlərinə görə, deputatlar özlərini narkotikdən asılı hesab etmirlər, onlar bunu əyləncə hesab edirlər.
Aprelin 22-də Ukrayna Milli polisinin rəhbəri Xatiya Dekanoidze bəyan edib ki, Kivanın Donbasdakı hərbi münaqişə iştirakçılarının ünvanına söylədiklərinə görə işdən çıxarılmasına təşəbbüs göstərəcək.
Dekanoidze qeyd edib ki, artıq bu xahişlə Daxili İşlər Nazirliyinin rəhbəri Arseni Avakova müraciət edib.
Kiva həmin gün bəyan edib ki, Kiyev böyük fahişəxanadır və fahişələrin xidmətindən istifadə edə bilmədiyinə təəssüflənib: “Mən də fahişələrin xidmətindən istifadə edərdim, ancaq bunun üçün vaxtım yoxdur”.
"Milli Yol"
Digər xəbərlər
loading...