“Mərcə girib həkimliyə qəbul oldum. Amma sonra anladım ki, məni sənət çəkir. Valideynlərim mənə yarım il “baykot” etdi. Olduqca mehriban ailədə böyüyən birisi ümumi masadan kənarlaşdırıldım. Mənə mətbəxdə bir boşqab qoyurdular, orada yemək yeyirdim. Özsləri isə qonaq otağında masanın başına yığışırdılar”
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti faiq Ağayev “Sənətsevər” verilişində deyib. Müğənni sənətə gəldiyi üçün ailəsinin ondan üzr döndərdiyini deyib.
Ağayev şəxsi həyatından, sevgidən söz açıb:
“Ailə qurmaq planlı şəkildə olmur. Mənim sənətim və artıq seçməliyəm. Əvvəl 2 sürtgəc idisə, indi 20 sürtgəcdən keçməlidir ki, onu yarım kimi qəbul edim. Sevgidən güclü ikinci bir hiss tanımıram. Elə bir şey olsa, axmaq deyiləm ki, imtina edim”.
F.Ağayev dünyasını dəyişən anasından danışıb:
“Atama da deyirdim ki, incimə, anamı daha çox sevirəm. Atam dünyadan köçəndə ona hər şeyi deməyə imkanım oldu. Demədiyim bir şey qalmadı. Əfsuslar olsun ki, iki mahnını onun üçün lentə almışam, amma birini eşitmədi. Amma ruhu buradadır. Çətin vəziyyətə düşəndə elə bil ki, ruhu məni sığallayır, qoruyur. Allahın işidir, təbii ki, darıxıram. Onu qucaqlayardım, bu söhbətləri edərdim.
Döyüşkən, mübariz olmağı anam, diplomat olmağı isə atam öyrədib. Həkimlər atama siqaret çəkməyi qadağan etmişdilər. Ona dedim ki, yarım il siqaret çəkmə, sənə maşın alacam (gülür). Atam isə xəstəliyinə görə maşından imtina etmişdi, öz maşınını satmışdı. Dedi yaxşı… Atam adi həyatda kostyum, qalstuk geyinən insan idi. Günlərin bir günü evə gəldim ki, bəzənib. Mənə deyir ki, hansı rəng alırıq? Mənim də yadımdan çıxıb.
Soruşdum ki, nəyi deyirsən? Söylədi ki, maşın söz vermişdin. Getdik, aldıq. Atam dünyadan köçəndə maşına baxırdım. Sən demə, onun zəngin musiqi zövqü var imiş. Onun 20 DVD-si var idi. Sonra onun maşını sürməyə başladım. Hamı dedi ki, Faiqin əli aşağı düşüb, ucuz maşın sürür. Daha demirdilər ki, mən dünyanın ən bahalı maşınını sürürdüm. Çünki, onun əli sükana dəymişdi".
MilliYol.Az
Digər xəbərlər
loading...