"Dəmirçi Plaza"da qətl törədən şəxsin məhkəməsi davam edib. Onun səhhəti ilə bağlı ekspertizanın rəyi məlum olub
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı ekspertiza rəyi elan olunub.
Ötən məhkəmədə təqsirləndirilən şəxsin vəkili vəsatət verərək müvəkkilinin psixi xəstəliyinin olduğunu, 2011-ci ildən xəstəxanada müalicə aldığını deyərək ekspertiza keçirilməsini istəmişdi. Elan olunan ekspertiza rəyində yazılır ki, Elşən Bəşirovun heç bir psixi problemi yoxdur və o, hadisəni törədən zaman anlaqlı vəziyyətdə olub.
Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Fevralın 8-nə təyin edilən növbəti prosesdə prokuror Elşən Bəşirova cəza istəyəcək.
Hadisə yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib.
Qeyd edilən şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.
O, qətli "Kobalt" markalı tüfənglə törədib. İttihamda yazılır ki, E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb, ofisə gəlib. Ofisdə Əli Ağalını qətlə yetirib.
E.Bəşirov ittiham üzrə özünü qismən təqsirli bildiyini və psixoloji xəstəliyinin olduğunu deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...