Azərbaycanın iki futbol klubu avrokuboklarda növbəti oyununa çıxıb. MilliYol.Az xəbər verir ki, bu gecə "Qarabağ"la "Kəpəz" meydana çıxıb.
Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edən "Qarabağ" Lüksemburqda “Düdelanj”ın qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 2:0 hesablı qələbə qazanan "Qarabağ" mərhələ adlayıb. Təmsilçimizin növbəti rəqibi “Viktoriya” (Çexiya) olacaq.
"Kəpəz" isə Avropa Liqasının II təsnifat mərhələsində Avstriyanın "Admira" klubunu qəbul edib. İlk oyunda 0:1 hesabı ilə yenilən Gəncə klubu evdə iki qola üzülüb - 0:2. "Admira" növbəti mərhələdə Çexiya təmsilçisi “Slovan”la (Liberets) qarşılaşacaq.
Düdelanj (Lüksemburq) - Qarabağ (Azərbaycan) 1:1
Qol: Momar Ndaye, 72 - Reynaldo Silva, 90+4.
Kəpəz (Azərbaycan) - Admira (Avstriya) 0:2
Qollar: Kristof Knasmüllner, 17. Patrik Şmidt, 76.
MilliYol.Az
Digər xəbərlər
loading...