«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo belə bir fikir səsləndirib ki, İranın öz nüvə proqramını ölkə sərhədlərindən kənarda – Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə əməkdaşlıq etməklə – davam etdirməsi riski realdır
«Bu, real riskdir. Bunu anlamaq üçün geniş təsəvvürə malik olmaq vacib deyil. Əgər onların (KXDR-ın) nüvə silahı varsa və ya əgər iranlılar onun yaradılması üçün vəsait qoyarlarsa, o zaman dünyanın bir çox ölkələri də bunu edə bilərlər…» – deyə, Pompeo jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
«Biz, hesab edirik ki, indi orada nələrin baş verdiyi barədə əlimizdə yetərli doğru qiymətləndirmə var. Ancaq mən, ilk şəxsəm ki, «kəşfiyyat xidmətləri mühüm informasiyanı nəzərdən qaçıra bilərlər» fikrini etiraf edirəm» – Pompeo əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...