Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı fikir ayrlığı yaranıb
Komitə üzvü Musa Quliyev deyib ki, çərçivə qanununu dağıdıb əlillərin hüquqları ilə bağlı deklorativ qanun yaratmağa ehtiyac yox idi: “Hazırda tətbiq olunan qanun daha praktik, konkret olaraq, əlilin sosial müdafiəsində duran qanundur. Yeni hazırlanan isə Avropa qanunlarının təcrübəsinə, Avropadakı əlillərin tələblərinə uyğun olaraq hazırlanıb. Hazırkı qanunda əlilin sosial müdafiəsi ilə bağlı elə müddəalar var ki, yeni qanuna salınmalıdır. Azərbaycanda 600 mindən çox əlil var. Bu ailələrin problemi birbaşa dövlətin üzərindədir. Əlillər üçün maliyyə yükü olmayacaqsa, bu qanun nəyə lazımdır ki?”.
Deputat Rauf Əliyev isə həmkarı Musa Quliyevin fikirləri ilə razı olmadığını bildirib: “Hazırki qanun 1992-ci ildə qəbul olunub. Bu, ötən əsr deməkdir. Yenilik lazımdır. Biz bura imtahana gəlməmişik".
Qeyd edək ki, hazırda tətbiq olunan qanun 1992-ci ildə hazırlanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...