Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə ilə əlaqədar köçürülən 100-dən çox evin sakininə Nazirlər Kabineti tərəfindən vəsait ayrılmasına qərar verilib
Bu barədə qərar sürüşmə zonası ilə əlaqədar bu gün Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə keçirilən iclasda qəbul edilib.
Bu həftənin sonuna kimi ayrılacaq vəsaitin məbləği məlum olacaq.
Ayrılan vəsait hələlik yalnız evlərindən köçürülən sakinlərin müəyyən müddətə qədər kirayə yaşaması üçün nəzərdə tutulur. Əgər sürüşmə prosesi genişlənərsə, o zaman həmin sakinlərin evlərinin köçürülməsinə qərar veriləcək. Bu zaman da Nazirlər Kabineti tərəfindən sakinlərə təzminat ödəniləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...