“İtaliyada “No TAP” etirazları Azərbaycana və Azərbaycan qazına qarşı olmayıb. Bunu ilkin olaraq vurğulamaq istəyirəm”
Bu sözləri APA-ya müsahibəsində İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
Səfir bildirib ki, etirazlar əslində belə bir layihənin İtaliyanın cənubundakı, Avropanın ən möhtəşəm çimərliklərindən bəzilərinin yerləşdiyi Puglia kimi gözəl bir əraziyə mümkün ekoloji təsirləri ilə bağlı qorxudan qaynaqlanırdı: “Bu çimərliklər çoxlu sayda turist cəlb edir və yerli əhali turizm sayəsində yaşayır. Məsələ budur”.
Diplomatın sözlərinə görə, son 2-3 ay ərzində TAP konsorsiumu infrastrukturun yerli ətraf mühitə zərər verməyəcəyini düzgün şəkildə izah etmək üçün bəzi kampaniyalar keçirib: “Hesab edirəm ki, yerli əhali artıq çimərliklər, zeytun ağacları üçün risk olmadığını başa düşüb. Layihə işlərinin irəliləməsi üçün İtaliya hökuməti çox istəklidir. İşlər proqrama uyğun gedir".
MilliYol.Az
Digər xəbərlər
loading...