Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Alıpour Abbas Esmaeılin üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Bu barədə DGK-dan məlumat verilib
Məlumata görə, yoxlama nəticəsində həmin şəxsin daxili orqanı - düz bağırsağında gömrük nəzarətindən gizlədilən, 6 ədəd selofan bükümdə ümumi xalis çəkisi 57,20 qram olan "Metamfetamin" adlı psixotrop maddə aşkar olunub.
Qeyd edək ki, aşkar edilən psixotrop maddə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...