Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov AŞPA-nın iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyana cavab verib
S. Seyidov Ermənistan prezidentinin çıxışına toxunaraq onun dünya ictimaiyyətini aldatdığını bildirib: “Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsi barədə danışmadınız? Orada uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla ermənilər tərəfindən təxminən 600 nəfər öldürüldü. Niyə etnik təmizləmə barədə danışmadınız? Hazırda siz beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Avropa İttifaqı, Avropa Şurası, digər təşkilatlar Azərbaycan torpaqlarının işğalı barədə danışıb. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz”.
MilliYol.Az
Digər xəbərlər
loading...