Bu gün günorta saatlarında Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan şəhəri “Plastik” yaşayış massivinin Ş.Ə.Hüseynzadə küçəsində yaşayan 20 yaşlı Cəfərov Nurməmməd Telman oğlu və 22 yaşlı Abdullayev Toğrul İlham oğlu Salyan şəhər sakini olan iki qardaş tərəfindən bıçaqlanıb.
Yaralılar dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yeddi bıçaq xəsarəti alan Nurməmməd Cəfərovun vəziyyəti ağır olduğundan dərhal əməliyyata götürülüb. Toğrul Abdullayev isə sinə nahiyəsindən bir bıçaq xəsarəti alıb.
Hadisəni törətməkdə şübhəli bilinən Salyan şəhər sakini olan iki qardaş saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...