Rusiyanın ikinci ən iri bankı, səhmləri dövlətə məxsus VTB (“Vneştorqbank”) Azərbaycandakı törəmə bankı “Bank VTB”nin kapitalını 265 milyon manata qədər artırır
Virtualaz.org xəbər verir ki, VTB-dən yayılan açıqlamaya görə bu kapital qoyuluşu 2018-ci ilin birinci kvartalında baş verəcək. Bankın məlumatını “Reuters” agentliyinin Moskva bürosu yayıb.
Məlumatda deyilir ki, VTB-nin rəhbəri Andrey Kostin bu barədə Davos Dünya İqtisadi Forumu zamanı Azərbaycan prezidenti İlham Əlyevlə görüşü zamanı bildirib. “Tərəflər habelə Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi, ölkənin beynəlxalq maliyyə bazarlarından borc götürməsində VTB-nin iştirakı məsələlərini də müzakirə ediblər”-açıqlamada deyilir.
“VTB Bank”ın səhmlərinin 100 faizə yaxını hazırda “ana banka” məxsusdur. Azərbaycanın bank sektorunda yaşanan probemlər bu bankdan da yan keçməyib və “VTB Bank” iki ildir ki, mənfəətlə işləmir.
MilliYol.Az
Digər xəbərlər
loading...