ABŞ dollarının məzənnəsinin əsas rəqibləri olan avro və funt sterlinqlə müqayisədə ucuzlaşması sona yaxınlaşır
"Report" xəbər verir ki, hazırda 1,2320 USD/EUR və 1,4035 USD/GBP səviyyəsində olan məzənnələrin daha 2-7%-ə yaxın artma ehtimalı var. USD/EUR 1,2550, USD/GBP isə 1,50 səviyyəsinə qədər yüksələ bilər.
"Report"un analitik qrupu bildirir ki, ABŞ dollarının ucuzlaşması üçün hazırda heç bir iqtisadi və maliyyə cəhətdən səbəb yoxdur. Dolların ucuzlaşmasına səbəb ABŞ hökumətinin ixracı artırmaq və ümumilikdə iqtisadi artımı, o cümlədən inflyasiyanın dayanıqlı olaraq yüksəltmək planıdır. Bu məqsədlə müxtəlif sözlü intervensiyalardan istifadə olunur. 2018-ci ildə USD/EUR-un 1,20-1,26, USD/GBP-nin isə 1,35-1,50 diapazonunda hərəkət etməsi proqnozlaşdırılır.
Dolların ucuzlaşması nəticəsində ABŞ-da iqtisadiyyatın isinməsi, FED-in uçot dərəcəsini daha sürətlə artırmasına gətirib çıxaracaq. 2018-ci il üçün FED-in uçot dərəcəsini 2-2,5%-ə, 2019-cu ilin əvvəlində isə 3%-ə yaxınlaşdırması gözlənilir. Bu dövrdə isə ECB-nin faizləri 0% səviyyəsində qalacaq, sadəcə monetar stimullaşdırma bitəcək. Bu da öz növbəsində dolların məzənnəsinin kəskin artmnasına gətirib çıxaracaq. "Report"un analitik qrupu 2019-cu ilin ilk yarısında USD/EUR-un paritetə, USD/GBP-nin isə 1,25 səviyyəsinə qədər azalmasını ehtimal edir.
MilliYol.Az
Digər xəbərlər
loading...