Sabiq nazirin Vergilər Nazirliyində işləyən bəzi yaxın adamları, Habil Məmmədov, Elnur İsgəndərov, Mahir Rəfiyev həbs oluna bilər
Fazil Məmmədovun Vergilər Nazirliyində əsas maliyyə axınlarına nəzarət edən kadrları istintaqa cəlb olunub. Belə ki, onlardan Vergilər Nazirliyində aparılan leqal və qeyri-leqal əməliyyatlarla bağlı ifadələr alınır.
Bununla bağlı Tendensiya.com-a daxil olan məlumatlarda deyilir ki, Vergilər Nazirliyinin müavini, Fazil Məmmədovun qudası Namiq Əliyev, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru, nazirin büdcə məsələləri üzrə müşaviri Habil Məmmədov, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu, vergilər naziri Fazil Məmmədovun bacısı oğlu, Bakı Vergilər Departamentinin rəis müavini işləmiş Elnur İsgəndərov və Vergilər nazirinin müşaviri Mahir Rəfiyev istintaqda ifadələr veriblər. Tendensiya.com-u məlumatlandıran mənbə bildirib ki, adı çıkilən şəxslərdən istintaq müddətində başqa yerə getməmək barədə iltizam alınıb.
Mənbə bildirib ki, Fazil Məmmədovun yaxın adamlarının istintaqa cəlb olunmasının səbəbi isə Vergilər Nazirliyində qeyri-leqal yolla toplanılan böyük məbləğdə pulların uzun müddət büdcədən yayındırılması prosesi olub. Həmçinin iş adamlarına edilən basqılarla bağlı da Fazil Məmmədovun adamları sorğu-sual edilirlər.
Məlumatda bildirilir ki, şikayətçi olan iş adamlarından da xüsusi ilə Xüsusi ilə Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Habil Məmmədovla bağlı izahatlar alınıb. Bundan əvvəl mediada yayılan xəbərlərdə bildirilir ki, Eldar Mahmudov nazir olduğu dövrdə orta və böyük vergi ödəyiciləri haqqında məlumatlar ona Habil Məmmədov tərəfindən ötürülürmüş. Bundan sonra isə keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) həmin iş adamlarına qarşı əməliyyat keçirərək, onlardan külli miqdarda pul tələb edirmiş. Onun Eldar Mahmudovla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğu deyilir. Mətbuatın yazdığına görə, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra da Habil Məmmədov onunla münasibətləri kəsməyib. Habil Məmmədov həmçinin Fazil Məmmədovun “qara kassiri” olaraq da bilinir…
Məlumatlı mənbənin bildirdiyinə görə, Fazil Məmmədovun yaxın ətrafı MTN hadisələrindəki həbslərin Vergilər Nazirliyində də aparılacağını istisna etmədiyindən dörd divara düşməmək üçün çıxış yolları axtarırlar…
Yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...