Bakı hesab edir ki, OPEC-ə daxil olan və olmayan ölkələrin (OPEC+) hasilatın azaldılmasına dair sazişi 2018-ci ildən sonra uzadılacaq
“Report” xəbər verir ki, bunu RİA “Novosti”yə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
“Hesab edirik ki, OPEC və qeyri-OPEC formatı davam etdiriləcək. O davam etməlidir. İndi yaxşı ki, onu ilin sonuna qədər uzatdılar. Lakin mən düşünürəm ki, ondan sonra da uzatmaq lazım gələcək”, – deyə İlham Əliyev bildirib.
İlham Əliyev xatırladıb ki, Bakı neftin qiymətlərinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyir və hətta hasilatın azaldılmasına dair öhdəliklərini artıqlaması ilə yerinə yetirir:
“Biz həmişə hasilatın azaldılmasını dəstəkləmişik və dəstəkləyirik və öz öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk”.
Dövlət başçısı əlavə edib ki, çərşənbə axşamı Davosda OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşdüyünü əlavə edib:
“O bizim öz öhdəliklərini yerinə yetirən ölkə kimi rolumuzu yüksək qiymətləndirib və OPEC və qeyri-OPEC-in yaxışlaşmasında mühüm rol oynadığımızı bildirib”, – deyə Azərbaycan prezidenti söyləyib.
Digər xəbərlər
loading...