Neft bazarı artıq balanslaşdırılıb və neftin qiymətinin güclü tərəddüdünü gözləməyə dəyməz
Bunu BP şirkətinin rəhbəri Robert Dadli Davosda Dünya İqtisadi Forumunun kuluarlarında deyib.
R.Dadli qeyd edib ki, bazar istehsalat və gündəlik tələbat baxımından ötən ildən balanslaşdırılıb: "Lakin ehtiyat azalır. Ümumilikdə bazarın balanslaşdırıldığını düşünürəm".
Onun sözlərinə görə, qısamüddətli perspektivddə dünya neft bazarında hər hansı şoklar gözlənilmir:
"Hesab edirəm ki, qiymətlərin kəskin azalma və artımını gözləməyə dəyməz".
Qeyd edək ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 70,94 dollar/barel təşkil edib.
Digər xəbərlər
loading...