Türkiyədə çevrilişə cəhd edən quruplaşmanın "edam siyahısı"nın ələ keçdiyini xəbər vermişdik. MilliYol.Az xəbər verir ki, bu gün "Star" qəzeti siyahının detalları barədə məlumatları yayıb.
Qəzet iddia edib ki, siyahıda 9 min nəfərin adı olub. Bunların arasında siyasətçilər, polislər, hakimlər, prokurorlar, jurnalistlər və iş adamları var.
"Star"ın xəbərinə görə, siyahının ilk pilləsində prezident Rəcəb Tayyib Ərdoğan durur. Qiyam gecəsi həyatına süi-qəsd edilən dövlət başçısını xilas etmək mümkün olmuşdu.
Qiyamçıların hədəfindəki şəxslərdən biri Terrorla Mübarizə İdarəsinin rəisi Turqut Aslan olub. Bu şəxs Fətullah Gülənin quruplaşması ilə bağlı istintaq aparılarkən xüsusi hesabat hazırlamışdı. Aslan çevriliş cəhdi baş verən gecə "Təcili toplantı var" deyilərək Jandarma Baş Komandanlığına çağrılmış və girov götürüldükdən sonra başından vurulmuşdu. Hazırda xəstəxanada olan rəisin vəziyyəti ağırdır.
Siyahıda həmçinin daxili işlər naziri Efkan Ala, ədliyyə naziri Bekir Bozdag, enerji naziri Berat Albayrak, daxili işlər müşaviri Selami Altınok, MİT rəhbəri Hakan Fidan, İstanbul Polis İdarəsinin rəisi Mustafa Cal?skanın da olduğu bildirilir.
"Edam siyahısı"nda yer alan jurnalistlərdən bəzilərinin də adı açıqlanıb. İddia edilir ki, qiyamçılar "Star" qəzetindən Kemal Gumusü, "Sabah" qəzetindən Nazif Karaman, Fatih Ulas ve Abdurrahman Simseki, Anadolu Agentliyindən Enes Canı və başqalarını öldürməyi planlaşdırırmış.
Məlumatlara görə, qiyamçılar siyahıdakı şəxslərin öldürülməsi üçün xüsusi "Edam dəstəsi" yaradıb. Dəstənin tərkibi Hərbi Hava Qüvvələrinin MAK (Müharibə Axtarəış Xilasetmə birliyi) birliyinin əsgərlərindən ibarət olub. Bu qrup mərhum siyasətçi, Böyük Birlik Partiyasının başqanı Mühsin Yazıçıoğlunun helikopterinin qəzaya düşməsindən sonra bölgəyə göndərilmiş və helikopterdən bəzi parçaları sökərək götürmüşdü. Bu birliyin komandiri Yılmaz Baharın Türkiyə Silahlı Qüvvələrinin içindəki Gülən camaatı imamlarından biri olduğu deyilir.
Qeyd edək ki, "ölüm siyahısı"nın Adanadakı əməliyyatlar zamanı tapıldığı deyilir.
MilliYol.Az
Digər xəbərlər
loading...