"Anar 10 nəfər "vorzakon" toplayıb. Mənim şəkillərimi və mobil nömrəmi onlara göstərib. Sonra onlara göstəriş verib ki, məni zorlasınlar, video, foto çəkilsin, ona təqdim olunsun"
Axşam.az xəbər verir ki, bu sözləri cebhe.info-ya açıqlamasında repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib.
"Üzərimə 10 nəfər göndərib, məni zorlatmaq istəyib. Onlara deyib ki, tələ qurulsun, məni tələyə salsınlar. O da həmin şəkil və videoları mətbuata yaysın, məni biabır eləsin. Bu, birinci dəfə deyil. Bu adam dəfələrlə xüsusi adamlar tutub, onları öyrədib ki, mənimlə sevgili olub, şəkil və videomu çəksinlər, amma alınmayıb.
O düşünür ki, pornovideosunu mən yaymışam. Xeyr, video mənim tərəfimdən yayılmayıb. Yaysam da haqlı olardım. Bununla da özümü haqlı çıxarardım, amma mən elə yola əl atmadım. Çünki həmin video uşaqlarıma ləkə olduğundan bunu etmək ağlıma belə gəlməyib. Mən məhz buna görə işin qanun çərçivəsində həll olunmağını istəyirəm.
O, övladlarına atalıq etmir. Ona görə də istəyirəm ki, qanunla atalıqdan məhrum olunsun. Çünki o videodan sonra istəmirəm ki, həmin insanın adı uşaqlarımın üstündə hallansın. Görün bu insan nə dərəcədədir ki, uşaqların anasını camaatın içində rüsvay etmək istəyir".
MilliYol.Az
Digər xəbərlər
loading...