Ermənistan prezidenti Serj Sarkisyan istər ölkədə, istərsə də beynəlxalq aləmdə nüfuzunu tamamilə itirdiyini gördükdən sonra yenidən dövlət başçısı seçilə bilməyəcəyini anladı
Lakin hakimiyyəti əldən verməmək üçün yeni plan hazırlayaraq ölkəni parlament tipli respublikaya çevirib özünü baş nazir elan etmək qərarına gəldi. Bu halda da ölkəyə prezident lazımdır.
Parlament tipli respublikanın prezident tipli respublikadan əsas fərqi ondadır ki, burada hakimiyyət bölgüsü zamanı baş nazirə daha çox səlahiyyət çatır. Odur ki, Sarkisyan bundan səmərəli istifadə etməyə çalışır. Ermənistan ictimaiyyətinin etirazlarına baxmayaraq, Sarkisyan ələ baxan prezident axtarır.
Ermənistanda cərəyan edən proseslərlə bağlı “Armtimes” saytında məqalə ilə çıxış edən Lilit Avakyan yarızarafat yarıgerçək yazır ki, Ermənistana, ümumiyyətlə, prezident lazım deyil. Prezidentlik institutu onsuz da güc-bəla ilə doldurulan Ermənistan büdcəsinə əlavə yükdür. Sarkisyanın prezident olduğu dövrdə prezidentin lazımsız vəzifə olduğu bütün çılpaqlığı ilə özünü göstərdi.
Müəllif qeyd edir ki, taleyüklü məsələlərin həlli zamanı prezident ya ölkədə olmayıb, ya da susub. 2013-cü ilin iyununda ölkədə nəqliyyat xidmətlərinin qiyməti 50 faiz artdı və onsuz da ağır sosial vəziyyətdə olan əhalinin durumu daha da pisləşdi. Bütün xalq ümidini prezidentdə bağladı ki, bəlkə o, nə isə bir iş görər və qiymətlər 50 yox, heç olmasa 25 faiz artar. Lakin Sarkisyan heç nə olmamış kimi istirahətə yollandı.
2015-ci ilin yanvarında Gümrüdə yerləşən 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakov Avetisovlar ailəsinin bütün üzvlərini güllələdi. Bütün xalq ayağa qalxdı, polislə əhali arasında qarşıdurma yarandı, bir çoxları həbs olundu. Xalqın yeganə tələbi bu idi ki, cani Ermənistanda mühakimə olunsun. Lakin yenə də prezident S.Sarkisyandan səs çıxmadı. Prezident nəinki başsağlığı vermədi, heç cinayəti qınamadı da, sanki belə hadisə baş verməyib. 2016-cı ilin iyun ayında silahlılar Yerevandakı polis şöbəsinə hücum edib oranı tutanda da dövlət başçısından səs çıxmadı. Bütün dünya Yerevanda baş verən silahli insidentdən danışdı, amma ölkə prezidenti bir kəlmə də olsun danışmadı. Həmin vaxt ictimaiyyəti baş vermiş silahlı hadisədən daha çox prezidentin susması maraqlandırırdı. İnsanlar bir birilərinə sual verirdilər: Görəsən prezident niyə susur?
2016-cı ilin aprel ayında da prezident susdu. Həmin vaxt Azərbaycan ordusu Lələtəpəni və Cocuq Mərcanlını azad etdi və erməni hərbiçiləri görünməmiş itkiyə məruz qaldı. Yenə də bütün dünya cəbhə xətində baş verən hadisələrdən danışdı. Lakin prezident və silahlı qüvvələrin ali baş komandanı aprel döyüşlərinə münasibət bildirmədi. Çünki S.Sarkisyanın deməyə sözü yox idi. Məhz onun apardığı siyasət nəticəsində Ermənistan bu günə düşüb.
Müəllif bir çox belə faktları sadalayaraq qeyd edir ki, belə prezidentdənsə heç olmaması daha yaxşıdır. Prezident olanda nə edirdisə baş nazir olanda da onu edəcək. Bunun xalq dəxli yoxdur.(AzərTac
MilliYol.Az
Digər xəbərlər
loading...