Ukraynada məşhur jurnalist qətlə yetirilib. MilliYol.Az yerli mediaya istinadən xəbər verir ki, Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində həlak olub.
Olay bu gün yerli vaxtla 07.45-də baş verib. Jurnalist çalışdığı "Radio Vesti"yə gedərkən yolda avtomobili partlayıb. Maşın “Ukrainskaya pravda”nın rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb.
Qeyd edək ki, P. Şeremet 5 il əvvəl Ukraynaya köçüb. Buna qədər isə o, Rusiyanın “1-ci kanal”ında həftəlik analitik proqram “Vremya”nın aparıcısı, daha sonra “Oqonyok” jurnalının redaktoru olub.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...