Mərhum xalq artisti İlhamə Quliyevanın şərəfinə içki hazırlanması ailəsinin narazıçılığına səbəb olub
Axşam.az-ın məlumatına görə, mərhumun bacısı Gülbahar Quliyeva “Hər şey daxil”ə açıqlamasında xalq artistinin adının belə şeydə hallanmasını istəmədiklərini deyib:
“Bu nə biabırçılıqdır? Səviyəsiz söhbətlərdir, mən buna görə narahatam. Bu, yubiley münasibətilə hazırlanan bir içki idi. Ona hədiyyə edilmişdi. Bundan bizdə də var. Bacım nə içki içən idi, nə də içki məclisi qururdu”.
G.Quliyeva bacısının mahnısını oxuyan ifaçıların onlardan icazə almamasından şikayətlənib.
O, İ.Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovla aralarındakı məhkəmə prosesindən söz açıb:
“Orxanı evimə dəvət etmişəm, vəkilim də ona təklif verib. Demişəm, ayağını məhkəmələrdən kəs. Dövlət səni övlad kimi tanımayacaq. İlhamə sağlığında səni oğul kimi qəbul etməyəcək. Dövlət bizə nə versə, sənə pay ayıracağıq. İlhamə xanımdan iki ev qalıb. Ona dedik ki, Tükəzban xanımdan (ilhamə Quliyevanın anası, xalq artisti Tükəzban - red.) qalan üçotaqlı evi Orxana verək. O da razılaşmadı. İlhamə xanımın şəhid qardaşı olub. Mirasdan onlara pay verildi. Rəhmətə gedən bacısının uşaqlarına bir pay çatdı. Qalanlar isə biz bacıları və qardaşı arasında bölündü”.
MilliYol.Az
Digər xəbərlər
loading...