Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb
“APA-Economics”in məlumatına görə, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın “Azərişıq” ASC-yə 22 965 manat borcunun olması göstərilir.
“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “APA-Economics”ə verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.
Qeyd edək ki, bu gün AMEA-nın yaranma günü kimi qeyd olunur. Belə ki, 1945-ci il yanvarın 23-də AMEA fəaliyyətə başlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...