Başqa ölkələrin “Zeytun budağı” əməliyyatı ilə bağlı fikirləri Türkiyəni maraqlandırmır
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatlarda həlak olan türk hərbçinin dəfn mərasimində deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə PYD və YPG terrorçularına qarşı yönələn “Zeytun budağı” əməliyyatının uğurlu olacağına inanır.
R.T.Ərdoğanın sözlərinə görə, hər kəs bilməlidir ki, Ankara öz sərhədlərindəki terrorçuları tamamilə məhv edəcək.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16″ təyyarələri də cəlb olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...