"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb"
Strateq.az xəbər verir ki, bunu Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov "Twitter”dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, Davos İqtisadi Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir:
"100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlamışdır. Prezidentimizin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaqdır".
MilliYol.Az
Digər xəbərlər
loading...