AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Suriyanın şimalındakı terrorçulara qarşı əməliyyatları təkcə Afrin rayonu ilə məhdudlaşdıracağı barədə Rusiyaya və ya digər dövlətlərin heç birinə vəd etməyib. Bu barədə Baş nazirin müavini Bekir Bozdağ bəyan edib
«Bizim məqsədimiz Afrini terrorçulardan təmizləməkdən və təhlükəsiz bölgəyə çevirməkdən ibarətdir. Əgər Türkiyə başqa yerlərdə əməliyyatlara başlamaq istəsə bu, başqa mövzu və başqa söhbət olacaq» – Bozdaq bildirib.
O, əlavə edib ki, əməliyyat uğurla, planlı rejimdə gedir və bu məsələdə beynəlxalq birliyin dəstəyi Türkiyə üçün çox önəmlidir.
Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ Dövlət Departamentinin bəyanatını sərt tənqid edib. Məlum olduğu kimi, Dövlət Departamenti bəyanatında Türkiyəni Afrin əməliyyatının miqyasını və müddətini məhudlaşdırmağa çağırmışdı.
«ABŞ bizə deyir: Gərək müddət məhdud olsun. Mən soruşuram: Bəs, Əfqanıstanda, İraqda sizin müddətiniz qurtarıb? Siz, hələ də oralardasınız. Bu, riyazi yolla hesablanmır. Orada bizim işlərimiz başa çatan kimi, qaprşıya qoyulmuş məqsədə çatan kimi, əməliyyat qurtaracaq və biz oralardan gedəcəyik» – Ərdoğan bəyan edib.
Türkiyə Prezidenti əlavə edib ki, Ankaranın özgə torpaqlarında gözü yoxdur, əməliyyatı da terrorçulardan qorunmaq məqsədilə keçirir.
MilliYol.Az
Digər xəbərlər
loading...