Türkiyədəki 15 iyul qiyamı ilə bağlı şok rəqəmlər açıqlanıb. MilliYol.Az xəbər verir ki, həbs olunan, işdən çıxarılan və həlak olan insanların sayı müəyyənləşib.
Məlum olub ki, Türkiyə ümumilikdə 240 şəhid verib. Bunlardan 62-si polis, 5-i əsgər, 173 nəfəri isə sivil vəiəndaşlardır.
Qiyam zamanı ümumilikdə 1535 nəfər yaralanıb. Onlardan 623 hələ də xəstəxanalarda müalicə olunur. Yaralılardan 124-ü polis, 21-i əsgər, 1390-ı dinc insanlardır.
Qiyam zamanı və sonra keçirilən əməliyyatlar zamanı 6139 hərbçi həbs olunub. Onlardan 115-i general, 1350-si zabit, 4854-ü əsgərlərdir. Əməliyyatlar zamanı polis təşkilatından 210 nəfər saxlanılıb. Həmçinin 1481 hakim və prokuror, 650 sivil həbs edilib. Beləliklə, saxlanılanların sayı 8660 nəfər olub.
Polisin saxladığı şəxslərdən 990-ı barəsində məhkəmə həbs qətimkan tədbiri seçib. Onlardan 34-ü polis, 17-si general, 65-i zabit, 583 nəfəri əsgər, 273 nəfəri hakim və prokuror, qalan 18 nəfəp sivil vətəndaşlardır.
Şübhəlilərdən 295 nəfəri sərbəst buraxılıb. Hələ də ifadəsi alınan 7375 nəfər polis idarələrində saxlanılır.
Qeyd edək ki, qiyama cəhd edənlərdən 16 nəfəri Ankara, 8 nəfəri İstanbulda həlak olub.
MilliYol.Az
Digər xəbərlər
loading...