Ukrayna 2018-ci ildə Rusiyada keçirilməsi planlaşdırılan futbol üzrə Dünya Çempionatının boykot edilməsi, ya da çempionat zamanı müxtəlif formalı etiraz aksiyalarının keçirilməsi üçün bir sıra ölkələrin futbol federasiyaları və fan təşkilatları ilə danışıqlar aparır
APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin bildirib.
“Biz fərqli federasiyalarla, eləcə də bəzi fan təşkilatları ilə danışıqlar aparırıq ki, bu işdə öz mövqelərini necə ifadə edə bilərlər? Buna çempionatı boykot etmək və ya Rusiyada olarkən müxtəlif formalarda etirazlar bildirmək daxildir”, - deyə o qeyd edib.
Rusiyada çempionat bu il iyunun 14-dən iyulun 15-dək keçiriləcək. Oyunlar Rusiyanın 11 şəhərində, 12 fərqli stadionda olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...