Bakı Nəqliyyat Agentliyi (BNA) Sabunçu-Zabrat yolunun Sabunçu qəsəbəsindən keçən hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsini təklif edib
Bu barədə özəl olaraq Trend-ə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
O qeyd edib ki, artıq həmin ərazidə, yolüstü piyada keçidinin yaxınlığında avtobus və taksi dayanacaq məntəqələrinin yerlərinin dəyişdirilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müvafiq müraciət göndərilib.
Ümumiyyətlə, Sabunçu-Zabrat yolunun bəzi hissələrində nəqliyyatın hərəkətinə çətinlik yaradan bir sıra nöqsanlara gəlincə, M.Ağayev vurğulayıb ki, bu məsələ BNA-nı da narahat edən məqamlardandır: "Həmin yoldakı problem də həllini tapacaq. Bakı Nəqliyyat Agentliyi bununla bağlı müvafiq qurumlarla iş aparır".
Qeyd edək ki, Sabunçu-Zabrat yolunun xüsusilə yolüstü piyada keçidinin yerləşdiyi hissəsində taksilərin avtobus dayanacaqlarında saxlaması, avtobusların isə yolun ikinci və üçüncü zolaqlarında saxlaması pik saatlarında tıxacların yaranmasına səbəb olur.
Digər xəbərlər
loading...