Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizəd Vladimir Putinin səlahiyyətli nümayəndələrinin siyahısını təsdiqləyib
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Putinin seçki kampaniyası zamanı səlahiyyətli nümayəndələrindən biri Rusiyadakı azərbaycanlıların “Azerros” Federal Milli Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova olacaq. M. Sadıqova Putinin səlahiyyətli nümayəndələri arasında hələlik yeganə azərbaycanlıdır.
Mərkəzi Seçki Komissiyası V. Putinin səlahiyyətli nümayəndəsi kimi ilkin olaraq 259, daha sonra isə 154 nəfəri qeydiyyatdan keçirib.
Rusiya qanunvericiliyinə görə, prezidentliyə namizəd 600 nəfərə qədər şəxsi səlahiyyətli nümayəndə təyin edə bilər. V. Putinin səlahiyyətli nümayəndələri siyahısında ölkənin tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, jurnalistləri, elm adamları, idmançıları var.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.
Digər xəbərlər
loading...