Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanda cəzaların humanistləşdirilməsinə dair atılan addımları müsbət qiymətləndirib
APA-nın məlumatına görə, bu barədə o, AŞ Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib.
"Azərbaycanda həbsə salınmaqla bağlı cinayət hüququna dair tədbirlər hazırlanıb. Bu, müsbət addımdır", - deyə baş katib vurğulayıb.
Qeyd edək ki, ötən il fevralın 10-da Azərbaycan prezidenti İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.
Artıq bir müddətdir ki, sərəncamın icrasına başlanılıb.
Digər xəbərlər
loading...