«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, dünyada kasıblarla varlılar arasındakı fərq artmaqda davam edir
Yer sakinlərinin 1,0 faizi bütün pulların 82,0 faizinə sahiblik edir.
Yeni rəqəmlər «Oxfam» təşkilatının hesabatında yer alıb. Hesabat, ənənəvi olaraq, hər il Davos iqtisadi forumunun toplantısına hazırlıq işləri çərçivəsində dərc olunur.
Hesabatda qeyd olunur ki, 2010-cu ildən başlayaraq, dünyada milyarderlərin ümumi sərvəti 13,0 faiz artıb. Onların sərvəti adi fəhlə və qulluqçuların əmək haqqı ilə müqayisədə 6 dəfə sürətlə artıb.
Sənəd müəllifləri hesab edirlər ki, Yer kürəsinin ən varlı sakinləri həm də əmək şəraitinin pisləşməsi hesabına varlanıblar. «Milyarderlərin sayının artması ststemin özünü doğrultmaması deməkdir»- deyə, «Oxfam»-ın icraçı dirktoru Vinni Byanima bəyan edib.
Onun sözlərinə görə, kimlər ki, paltar tikirlər, telfon düzəldirlər, qida istehsal edirlər… hamısı ucuz məhsullar axını yaratmaq xatirinə istismar olunurlar. Məsələn, Vyetnamda tikiş fabriklərində işləyən qadınlar aylarla öz uşaqlarını görə bilmirlər. Amerikada isə quşçuluq fabriklərində çalışan qadınlar pamperslə gəzməyə məhkumdurlar, çünki növbə ərzində onlara ayaqyoluna getməyə icazə verilmir.
Təşkilatın hesablamalarına görə, dünyanın ən varlı 8 sakininin pulu bütün bəşəriyyətin pulunun yarısı qədərdir.
MilliYol.Az
Digər xəbərlər
loading...