Ağdamda bir ailənin 7 üzvünün zəhərlənmə səbəbi məlum olub. Ailə kustar üsulla hazırlanmış xiyar turşusundan zəhərlənib
Bu barədə virtualaz.org saytına Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, hər ilin qış mövsümündə evdə hazırlanan, konservləşdirilmiş turşulardan zəhərlənmələr baş verir. Baxmayaraq ki, uzun illərdir əhali maarifləndirilir: “Ötən il 318 qida zəhərlənməsi baş verib, nəticədə 528 nəfər zəhərlənib. Zəhərlənmələrin 19-u botulizmdir, zəhərlənənlərin 3-ü dünyasını dəyişib”.
Z.Kazımov onu da əlavə edib ki, evdə qablaşdırılan turşulardan imtina etmək lazımdır. “Turşu düzgün texnologiya ilə konservləşdirilməzsə, zəhərlənmələrə səbəb olur. İndiyədək istehsalatda turşudan zəhərlənmələr qeydə alınmayıb. Turşuları alüminium, plastik qablarda saxlamaq olmaz. Bazarlarda açıq şəkildə satılan turşular da təhlükəlidir”, - Kazımov əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...