Ermənistan prezidenti Serj Sarkisyan Fransaya işgüzar səfərə gedib
Ermənistan KİV xəbər verir ki, o, Fransa Senatının sədri Jerar Larşe, parlamentin aşağı palatası olan Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşüb.
S. Sarkisyan yanvarın 23-də fransalı həmkarı Emmanuel Makronla görüşəcək.
Qeyd edək ki, S. Sarkisyan yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək. O, sessiyada çıxış edəcək və deputatların suallarını cavablandıracaq.
MilliYol.Az
Digər xəbərlər
loading...