Əməkdar artist Elza Seyidcahan uzun müddətdir küsülü olduğu stilist Anar Ağakişiyevə barışıq addımı atıb
Axşam.az-ın məlumatına görə, tədbirlərdən birinə qatılan məşhurlar salamlaşmayıb. Amma səhnəyə çıxan E.Seyidcahan Anarı salamlayıb və onun ünvanına təriflər yağdırıb:
“Dünyaşöhrətli stilistimiz Anar da buradadır və onu salamlayıram”.
Anar isə Seyidcahanın bu addımına təəccüblənib və heç bir cavab verməyib. Sənətçiyə daha sonra Anarla yan-yana gəlib birlikdə fotolarının çəkilməsi təklif olunub. Elza tələsdiyini, deyərək məkanı tərk edib.
Qeyd edək ki, Ağakişiyev Seyidcahanı zövqsüz adlandırmışdı. Onlar arasında mübahisə də bundan sonra başlamışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...