Müğənni Mirkamil Kamilov bir müddət əvvəl xaricdə ailəsindən gizlin evlənməsi açıqlaması ilə gündəmə gəlmişdi
Axşam.az-ın məlumatına görə, sənətçi “10-dan sonra” verilişində dediklərini təkzib edib.
O bildirib ki, ARB-də yayımlanan “Səhər-Səhər” verilişində söylədikləri yalan imiş və evlənməyib:
“Elgiz (aparıcı Elgiz Əkbər – red.) birdən-birə dedi ki, Mirkamil xaricdə evlənib. Mən də elə obraz oynadım ki, Elgiz özü də inandı, Əli (red: Əli Mirəliyev) müəllim də... Orada hər kəs inandı. Evdən mənə zəng ediblər ki, “Bala, bizə niyə deməmisən?!”. Yəni hamı inanıb. Ona görə belə etdim ki, yəni baxın, verilişin gedişatında elə etmək olar ki, insana psixoloji təsir edər....
Elgiz hətta, verilişin axırında mənə dedi ki, mən özüm inandım. Amma elə bir şey yoxdur. Bir ingilisim çatmırdı mənim. Hələ ki, evlənmək barədə düşünmürəm. Qəlbimdə ailə qurmağa namizəd var”.
MilliYol.Az
Digər xəbərlər
loading...