Ermənistanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Armen Sərksiyan Londona qayıdıb
Musavat.com erməni mediasına istinadən bildirir ki, president Serj Sərksiyan tərəfindən hakim Respublikaçılar partiyasının prezidentliyə namizədliyi irəli sürülən səfir İrəvandan geri dönüb. A.Sərkisyan hava limanına Strasburqa, AŞPA-nın sessiyasına yola düşən erməni deputatlarla birgə keçib. Ancaq onlar prezidentliyə namizədlik məsələsi barədə danışmayıblar. Erməmni mediasının məlumatına görə, A.Sərkisyan Ermənistan parlamentindəki fraksiya üzvləri ilə bu məsələni fevralın əvvəllərində müzakirə edəcək.
Qeyd edək ki, 19 yanvarda Serj Sərksiyan Londondakı səfiri öz iqamətgahında qəbul edərək, onu mart ayında keçiriləcək seçkilərdə hakim partiyanın prezientliyə namizədi olaraq görmək istədiyini demişdi. Lakin A.Sərksiyan prezidentdən düşünmək üçün vaxt istəmişdi. Hər halda seçkilərə az bir müddət qalmış səfirin sərgilədiyi tərəddüd və onun Londona qayıtması təəccüb doğurur. Hesab olunur ki, səfir erməni diasporu daxil, bir sıra dairələrin razılığını almaq üçün taym-aut götürüb.
MilliYol.Az
Digər xəbərlər
loading...