Ötən həftə Mərkəzi Klinik Xəstəxanadan evə buraxılan İsa Qəmbərin səhhətindən şikayəti yoxdur
Xanımı Aida Qəmbər yanvarın 22-də Novator.az-a belə deyib.
Aida Qəmbər bildirib ki, həyat yoldaşının müalicəsi qaydasında davam edir, heç bir problem yaşanmayıb.
İsa Qəmbər yanvarın 13-dən Mərkəzi Klinik Xəstəxanada ürəyindən müalicə olunub. Yanvarın 18-dən o, müalicəsini evdə davam etdirir.
60 yaşlı İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutmuş İsa Qəmbər bu təşkilatın prezidentliyə namizədidir, Milli Strateji Düşüncə Mərkəzinə sədrlik edir.
MilliYol.Az
Digər xəbərlər
loading...