İranın Xuzistan əyalətinin cənub-qərbində toz dumanına görə 359 nəfər xəstəxanalara müraciət edib
MilliYol.Az APA-ya istinadən məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Abadan şəhəri üzrə inistitut rəhbəri Əlirza Amuzəndə deyib.
Ə. Amuzəndə bildirib ki, insanlar ötən 3 gün ərzində Abadan, Xorrəmşəhr və Şadqan şəhərlərində yerləşən xəstəxanalara müraciət edib: “Havada olan toz dumanına görə Abadan şəhərində tənəffüs problemi yaşayan 49 nəfərin vəziyyəti ağır olduğu üçün onlar stasionar müalicəyə cəlb olunub. Xorrəmşəhrdə 55 nəfər müraciət edib ki, onlardan 25 nəfəri hazırda xəstəxanadadır. Şadqan şəhərində isə 138 nəfər həkimə müraciət edib və onlardan 14 nəfəri hazırda xəstəxanada müalicə alır".
Toz dumanı səbəbilə Abadan və Xorəmşəhrdə insanlar gündəlik işlərini görməkdə çətinlik çəkiblər, evlərindən bayıra çıxa bilməyiblər. Məktəblərdə dərslər dayandırılıb.
Qeyd edək ki, uzun illərdir İranın cənub bölgəsində yerləşən şəhərlər toz dumanına məruz qalır. Tozun Səudiyyə Ərəbistanı və İraqdakı səhralardan qaynaqlandığı bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...