Ağır cinayətdə təqsirləndirilən, bir müddət əvvəl isə xüsusi təyinatı vaqondan qaçan şəxs hakim qarşısına çıxarılır
Musavat.com xəbər verir ki, Əli Ağami Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
İşə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.
Əli Ağami Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib
28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsindən sonra həbs edilib.
Ə.Ağami Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlinə görə həbs edilənlərdəndir. Elvin Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.
Xatırladaq ki, Ə.Ağami və digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçmışdılar.
Hadisədən 3 gün sonra Ə.Ağami Şirvanda həbs edilmişdi. E.Məmmədov isə əməliyyat zamanı öldürülmüşdü.
Bu iş üzrə ifadə verən Əli Ağami qətli özünün törətmədiyini "Qoca"nın istəyi ilə cinayəti üzərinə götürdüyünü deyib.
“Hadisə baş verən zaman “Qoca” ilə söhbətimiz oldu. Etibar dedi ki, işi mən üstümə götürüm. Onun 1-2 aylıq işi var. Onları həll edib, gəlib təslim olacaq və həqiqətləri açacaq. Mən onun sözünə inandım. Etibar Hacıqabulda və digər ətraf rayonlarda tanınmış adam idi. Dediyi kimi elədim, gözlədim ki, gəlib özü hər şeyi etiraf edər. 1 ay keçdi, 2 ay keçdi, 3 ay keçdi, artıq anladım ki, “Qoca” gəlməyəcək. Onda bildim ki, Etibar aradan çıxıb, bütün cinayət də mənim üstümə qalıb"- deyə Ə.Ağami məhkəmədəki ifadəsində deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...