BMT-nin Təhlükəsizlik Şurası Türkiyənin Suriya sərhədlərində başlatdığı hərbi əməliyyata görə toplanır
Toplantı keçirilməsini Fransa tələb edib.
Təhlükəsizlik Şurasının iki daimi üzvlərindən biri ABŞ Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı əsaslı narahatlığı olduğunu, Ruisya isə ABŞ-ın təktərəfli Suirya siyasətinin "Ankaranı" hövsələdən çıxardığını bildirmişdi.
Türkiyənin "Hürriyət" qəzeti hərbi mənbələrə əsasən yazıb ki, 11 kənd türk hərbçiləri ilə birlikdə hərəkət edən Azad Suriya Ordusunun nəzarətinə keçib.
"HaberTürk" qəzeti isə yazır ki, əməliyyat zamanı Türkiyə hərbçiləri Suriya sərhədlərindən 7,5 kilometr icərilərə doğru irəliləyib.
Türkiyə Silahlı Qüvvələrinin quru qoşunları Suriyanın şimal-şərqindəki Afrin bölgəsində əməliyyata ötən həftənin sonu başlayıb.
Türk ordusu "Zeytun budağı" adı altında keçirilən əməliyyatın ikinci günündə quru qoşunların Afrinə girdiyini bildirib.
Kürd Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadı olan Xalq Müdafiə Birliklərinin (YPG) Afrindəki sözçüsü Reuters-ə bildirb ki, Türkiyə qoşunları şəhərə girməyə cəhd edib, lakin "şiddətli döyüşlərdən sonra" buna nail ola bilməyib.
Türkiyə ordusu isə quruda hərbi əməliyyatın "planlanmış şəkildə davam etdiyini qeyd edib".
HATAY`da tank
Türkiyənin DHA xəbər agentliyi Türkiyə vaxtı ilə saat 11:05-də Türkiyə ordusunun Kilistəki Gülbaba sərhəd keçid məntəqəsindən Afrinə keçdiyini bildirib.
Anadolu Ajansının (AA) məlumatına görə, bazar günü səhər saatlarında quruda başlanmış hərbi əməliyyat nəticəsində Türkiyə qoşunları və Azad Suriya Ordusu dəstələri 5 km irəliləyib.
Türkiyənin Baş naziri Binali Yıldırım hava qüvvələrinin iştirakı ilə başlamış əməliyyatın ordu tərəfindən quruda davam etdiriləcəyini bildirib (BBC).
MilliYol.Az
Digər xəbərlər
loading...