"Xəzər TV"nin keçmiş aparıcısı, ASAN radionun əməkdaşı Cəlalə Nəzəroğlu "Facebook" sosial şəbəkəsində “Fresko” Supermarketindən şikayətlənib.
Aparıcı mağazadan aldığı çörəyin içindən konfet kağızının cıxdığını deyib: “Fresko” market, artıq səbir kasamı daşırdınız!!! (Yasamal bazarının yanındakı). Şənbə günü təndir çörəyinin içindən konfet kağızı çıxdı, apardım, təsdiqlədilər.
O gün təmizlikçi xanımın aldığı bulkanın bir tərəfindən xəmir süzülürdü. İndi də iki gündən qalma pirojkini satıblar. Yeni adı ilə verdiklərinin isə əti zəhər kimi acıdır”.
Aparıcı adıçəkilən marketdə irad bildirmək üçün əlaqə telefonlarına cavab verilmədiyini də bildirib: “Əgər baş ofisin telefonuna bir bəni-insan cavab versəydi, bu mövzu sosiallaşmazdı. Şirkətin telefonuna cavab vermək üçün birinə 300 manat versəniz, kifayətdir. Mahşallah, bu qədər pul qazanırsınız. Müştərinin mədəsi zibilliik deyil!”. (“Qafqazinfo”)
MilliYol.Az
Digər xəbərlər
loading...