Bildirildiyi kimi, dünən axşam ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev və ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayev Baş Prokurorluğun tələbi üzrə telekanalın yayımını dayandırmış Milli Teleradio Şurasının irəli sürdüyü ittihamlarla bağlı ifadə veriblər.
Virtualaz.org-a Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsindən deyilib ki, ANS telekanalına qarşı cinayət işi açmayıb və ilkin araşdırma aparılır.
Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sözügedən sayta deyib ki, ən yaxın zamanda Baş Prokurorluq ANS-in işi üzrə rəsmi məlumatla çıxış edəcək.
Lakin bu dəqiqələrə kimi telekanalın redaksiyası möhürlüdür və əməkdaşlar ANS-in binasına daxil ola bilmirlər. Virtualaz.org dəqiqləşdirib ki, ANS-in ofisi Baş Prokurorluq tərəfindən deyil, Azərbaycan DİN Səbail Rayon Polis İdarəsi tərəfindən möhürlənib.
MilliYol.Az
Digər xəbərlər
loading...